Quliyev “Rostov”a qayıda bilər
Moskva “Spartak”ının yarımmüdafiəçisi Ayaz Quliyev “Rostov”a qayıda bilər.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi onun xidmətində maraqlıdı.
“Rostov” 23 yaşlı oyunçu uğrunda “Rubin”lə rəqabət aparacaq. Azərbaycanlı futbolçu özü də sabiq komandasına dönməkdə maraqlıdı. “Spartak”da əsas heyətə düşə bilməyən Quliyev baş məşqçinin planlarına daxil deyil.
Qeyd edək ki, Ayaz Quliyev 2018-19 mövsümünü icarə əsasında “Rostov”un heyətində keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin