Keçmiş klubuna qayıda bilər – azərbaycanlı futbolçu

Tula “Arsenal”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev “Rostov”a qayıda bilər.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, “Arsenal”ın Rusiya Premyer Liqasını tərk etməsi ilə əlaqədar 25 yaşlı azərbaycanlı futbolçu özünə yeni klub tapmalıdır.

Quliyev 2021/22 mövsümündə “Arsenal”ın heyətində 26 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir. O, 2018-2019-cu illərdə “Rostov”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button