Quliyev oynadı, “Spartak” “Şerif”ə uduzdu
Rusiyanın “Spartak” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva təmsilçisi Moldova çempionu “Şerif”lə üz-üzə gəlib.
Qarşılaşma Rusiya təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2. İlk yarıda iki qol buraxan “Spartak” fasilədən sonra təsəlli qolu ilə kifayətlənib.
Ayaz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Quliyev 57-ci dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin