Quliyev oynadı, “Spartak” qazaxlarla “sülh bağladı”
Rusiyanın “Spartak” (Moskva) klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi paytaxt təmsilçisi Qazaxıstanın “Aktobe” klubu ilə üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib – 2:2.
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin