Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
Rusiyanın “Spartak” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva təmsilçisi Rusiyanın 1-ci liqasında mübarizə aparan “Orenburq”la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 6-cı dəqiqədə hesabı açan ruslar 44-cü dəqiqədə üstünlüyü əldən veriblər.
Ayaz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Quliyev 86-cı dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin