Quliyev oynadı, Əliyev ehtiyatda qaldı, komandaları “sülh bağladı”
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının dueli ilə əlamətdar olub.
Belə ki, Ayaz Quliyevli Tula “Arsenal”ı doğma meydanda Azər Əliyevin formasını geyindiyi “Ufa”nı qəbul edib. Komandalar bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar – 0:0.
Azər Əliyev bu görüşdə forma geyinməyib. O, sonadək ehtiyatda qalıb. Ayaz Quliyev isə fasilədən sonra meydana buraxılıb.
Bu heç-heçədən sonra 14 xala malik “Ufa” 16 kollektiv arasında 11-ci, 13 xalı olan “Arsenal” isə 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin