Quliyev baş məşqçi ilə dava edib? – Açıqlama
“Ximki”nin Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev komandanın baş məşqçisi Spartak Qoqniyevlə münaqişəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Quliyev məsələnin həddən artıq şişirdildiyini deyib:
“Qoqnievlə məşqdə münaqişə olub? Döyüşmək söhbəti yox idi, bu, cəfəngiyyatdır və həddindən artıq şişirdilib. Sadəcə, bəzi təşkilati məsələlələr hamı üçün anlaşılmazdır, vəssalam”.
Bundan əvvəl Spartak Qoqniyevin Ayaz Quliyev və Dmitri Tiximlə ciddi münaqişəsi olduğu bildirilirdi. Hadisə martın 9-da, “Ximki”nin bazasında baş verib. Münaqişənin “Ximki”nin təhlükəsizlik əməkdaşının sayəsində davaya çevrilmədiyi qeyd edilib.
“Ximki” Rusiya Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir. Komanda 18 oyundan sonra 13 xal toplayıb.
Bizi Facebook-da izləyin