“Quba”nın baş məşqçisi müəyyənləşib

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək “Quba” klubunun baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, komandanı Şəhriyar Əsgərov çalışdıracaq.

Ötən mövsüm “Cəlilabad” adı altında çıxış edən komandanın məşqçilər korpusu və əksər oyunçuları da məhz “Quba”da olacaq. Zaur Paşayev oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

Bölgə təmsilçisi ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button