
“Quba” türkiyəli basketbolçu ilə anlaşıb
“Quba” heyətinə türkiyəli basketbolçu qatıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Şəhriyar Əsgərovun baş məşqçisi olduğu komanda Tunahan Aslantaşla anlaşıb.
O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq “Quba”nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin