“Quba” gürcü məşqçi ilə anlaşıb

“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.

O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.

Karyerasını yayda başa vuran Çkareuli buna qədər “Suxumi”nin U-22 komandasının baş məşqçisi və “Zaza Pachulia Basketball Academy”də məşqçi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button