“Ronaldo həmişə start heyətində olmalıdır” – Keçmiş futbolçu
Portuqaliya millisinin sabiq futbolçusu Rikardo Kuarejma Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı keçmiş futbolçu, “Əl-Nəsr”in 39 yaşlı hücumçusunun həmişə millinin start heyətində yer almalı olduğunu bildirib:
“Kriştiano Ronaldo həmişə oynamalı və start heyətində olmalıdır. Onun yanında oynayanda matça münasibət başqadır”.
Portuqaliya yığması AÇ-2024-ün ilk oyununda Çexiyaya 2:1 hesabı ilə qalib gəlib. Qrup mərhələsinin 2-ci turunun iyunun 22-də keçiriləcək görüşündə portuqaliyalılar Türkiyə millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin