Məşhur futbolçuların oynadığı klub peşəkar statusunu itirib

Çin futbol çempionatının səkkizqat qalibi “Quançjou” peşəkar statusunu itirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Quançjou” borclarına görə peşəkar əsasda turnirlərdə iştirakdan imtina etmək qərarına gəlib.

“Quançjou” futbol klubu 1954-cü ildə yaradılıb. “Pələnglər” 2013 və 2015-ci illərdə Asiya Çempionlar Liqasının qalibi olublar. Komanda bu turnirdə qalib gələn yeganə Çin futbol klubu olaraq qalır.

“Quançjou”nu müxtəlif vaxtlarda Marçello Lippi, Fabio Kannavaro, Luis Felipe Skolari və Li Yanq Su çalışdırıb. 2014/2015-ci illərdə UEFA Çempionlar Liqasının qalibi və dünya çempionu olmuş italiyalı sabiq hücumçu Alberto Cilardinyo, həmçinin, tanınmış braziliyalı keçmiş futbolçu Robinyo da bu klubda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button