“Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram” – Çalımbay
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, müdafiədə problemlər olduğunu bildirib:
“Bu oyunun cavab matçı da var. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. İkinci hissədə buraxdığımız qollar şanssızlıq idi. Müdafiə baxımından xeyli problem yaşadıq. Oyundan razıyam, amma buraxdığımız qollardan məmnun deyiləm. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram”.
“Qarabağ”ın yer aldığı İ qrupunda “Sivasspor”, “Vilyarreal” və “Makkabi” (Təl-Əviv) də mübarizə aparır.
Bizi Facebook-da izləyin