“Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur”
Estoniya millisinin baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının püşkatması ilə bağlı danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis güclü qrupda yer aldıqlarını bildirib:
“Fərqli rəqiblərlə üz-üzə gəlmək istəyirdik, Azərbaycan və İsveç yığmaları bizə tanışdır. Lakin komandamız üçün yaxşı sınaqdır. Bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik. Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur”.
C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin