“Kopenhagen” özünü xilas etmək istəyir” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Kopenhagen”ə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qrupdan çıxmağa çalışacaqlarını deyib:
“İlk görüşümüzdən bir həftə keçdi və “Kopenhagen” özünü xilas etmək istəyir. Amma biz qrupdan çıxmaq problemini həll edə bilərik və bunu etməyə çalışacağıq”.
“Kopenhagen” – “Mançester Siti” matçı oktyabrın 11-də Danimarkada keçiriləcək və saat 20:45-də başlayacaq.
“Mançester Siti” 9 xalla G qrupunda birinci, “Koppenhagen” (1) sonuncu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin