DÇ-2022: “…Sautqeyt ya istefa verəcək, ya da qovulacaq”

“The Times”ın idman jurnalisti Qrem Spirs İngiltərə milli komandasının DÇ-2022-dəki çıxışı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, B qrupunda sensasiyanın ola biləcəyini deyib:

“Qaret Sautqeytin üzərində çox təzyiq var. Çünki bütün ingilislər milli komandanın dünya çempionatında növbəti mərhələyə çıxmalı olduğunu düşünür. Hətta yarımfinala və finala da. İngiltərənin hazırda dörd xalı var, lakin B qrupunda sensasiya baş verə bilər. Pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyiblər”.

Spirs yerli medianın da milli komandaya qarşı tələbkar olduğunu bildirib:

“Qrupdan çıxa bilməsələr, fəlakət olacaq. İngiltərəli azarkeşlər və media yığma komandaya qarşı çox tələbkar çıxış edir. Dünya çempionatını pis keçirsə, baş məşqçi Qaret Sautqeyt ya öz istəyi ilə istefa verəcək, ya da qovulacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button