“Qrupda birinci olmaq istəyirik” – Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Avropa Liqasının qrup mərhələsində PSV ilə keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan mütəxəssis oyunun çətin keçəcəyini deyib:
“Bu, çox vacib mübarizədir. Biz qrupda birinci olmaq istəyirik. Məqsədimizə çatmaq üçün hər cür səy göstərəcəyik.
Rəqibimiz haqqında nə deyə bilərəm? Bu, həqiqətən də çətin matç olacaq”.
Avropa Liqasının qrup mərhələsinin 2-ci turundan təxirə salınmış “Arsenal” – PSV oyunu oktyabrın 20-də, “Emirates” stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin