“Prioritet hədəf La Liqadır” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta komandasının Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qrup mərhələsinin çətin olduğunu deyib:

“Prioritet hədəf La Liqadır, Çempionlar Liqasında qrup mərhələsi çox çətindir. Amma hər şey bitəndə danışmağa üstünlük verirəm. Azarkeşlər bizi dəstəkləyir. Bu onu göstərir ki, “Barselona” yaşayır və biz çox xoşbəxtik. Hər iki oyunda qalib gəlməliyik. Ümid məsələsi deyil. Çətin qrupa düşsək də, “Bayern”lə oyunda yaxşı oyun göstərə bildik. VAR-dakı hakim Osman Dembele ilə bağlı epizodda penalti təyin etmədi, Milanda da qalmaqal yaşandı. Hakimliyi bəyənmədik, hər şey göz qabağındadır. Amma qol vursaydıq, bizim üçün daha asan olardı. Mən lazım olduğu kimi reaksiya verdim, UEFA ilə danışdım, amma geriyə dönüş yoxdur. Növbəti dəfə daha çox qol vurmalıyıq”.

ÇL-də 4 turdan sonra “Barselona” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İnter” isə 7 xalla ikinci pillədədir. Turnir cədvəlinə “Bayern” başçılıq edir (12).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button