Qrizmann MLS-dən 2 klubun hədəfindədir

“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını Avropadan kənarda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun MLS-dən təklifləri var. Fransalı forvarda iki klub maraq göstərir – “Los Anceles” və “Los Anceles Qalaksi”.

Qrizmannın yanvardakı transfer pəncərəsində ABŞ-a keçməsi mümkündür. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Qrizmann İspaniya çempionatının cari mövsümündə keçirdiyi 3 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button