Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı
İspaniya çempionu “Barselona”nın Madrid “Atletiko”sundan transfer etdiyi Antuan Qrizmannın qalmaqala səbəb olduğunu xəbər vermişdik.
Komanda.az xəbər verir ki, paytaxt klubu fransalı futbolçunun keçidinə görə Kataloniya təmsilçisindən 120 yox, 200 min avro tələb edir. “Barselona” isə bu məbləği ödəmək istəmir.
Artıq “Atletiko”nun şikayəti üzrə İspaniya Futbol Federasiyası “Barselona” və Qrizmannla bağlı araşdırmaya başlayıb. İspaniya mətbuatının yaydığı məlumata görə, Fransa millisinin üzvünün və onun yeni klubunun günahı sübut olunsa, “Atletiko”nun tələbi yerinə yetirilə bilər.
Qeyd edək ki, “Barselona” Qrizmannı iyulun 12-də 120 milyon avroya transfer edib. “Atletiko” tərəfi isə iddia edir ki, kataloniyalılar fransız futbolçu ilə mart ayından razılığa gəlib. Madridlilər hətta əllərində bunu sübut edəcək dəlillərin olduğunu da iddia edirlər.
Bizi Facebook-da izləyin