“Qrizmannın “Barselona”dakı vəziyyəti məni narahat etmir”
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam “Barselona”dakı oyunu müzakirə edilən Antuan Qrizmannla bağlı açıqlama verib.
Komanda.az RTL-ə istinadən xəbər verir ki, mütəxəssis, fransalı futbolçunun Kataloniya klubundakı vəziyyəti ilə bağlı danşıb:
“Qrizmannın “Barselona”dakı vəziyyəti məni narahat etmir. Onun istedadına şübhəm yoxdur. Bu, müzakirə edilə bilməz. Hər bir futbolçunun il ərzində işlərinin çətin olduğu dövr olur. Qrizmannın bunun öhdəsindən gələ biləcək lazımi zehniyyəti var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin