“Qrizmannın “Atletiko”da xoşbəxt olduğunu bilirəm” – “Barselona”nın futbolçusu
Fransa millisinin və “Barselona”nın futbolçusu Samuel Umtiti, yığmadakı komanda yoldaşı Antuan Qrizmann haqqında açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Qrizmannın “Atletiko”dan “Barselona”ya transfer olunacağına inanmadığını deyib:
“Qrizmannın “Atletiko”da xoşbəxt olduğunu bilirəm. O, bu komandanın heyətində çox yaxşı oynayır. Qrizmann öz keyfiyyətlərinə görə dünyanın istənilən klubunda oynaya bilər. Bəzən karyeramız ərzində elə qərar veririk ki, sonra bunun üçün çox təəssüflənirik. Hazırda vacib olan onun “Atletiko”da hər şeydən məmnun olmasıdır”.
Keçən il “Barselona”dan təklif alan Qrizmann “Atletiko”da qalmağı seçdi və klubla 2023-cü ilə qədər müqavilə bağladı. Lakin bu mövsüm Madrid klubunun Çempionlar Liqasında mübarizəni erkən dayandırması, fransalı futbolçunun “Barselona”ya keçidini yenidən gündəmə gətirib.
Bizi Facebook-da izləyin