Qrizmann üçün Premyer Liqadan 2 “elçi”
“Barselona”dakı gələcəyi müzakirə edilən Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, fransalı futbolçu Premyer Liqanın daha iki klubunun – “Liverpul” və “Arsenal”ın maraq dairəsindədir. Hər iki klubun Qrizmannla danışıqlara hazır olduğu və bu transfer pəncərəsi dövründə keçidi həll etmək istədiyi bildirilir.
Daha əvvəl Premyer Liqanın digər təmsilçisi – “Mançester Siti”nin də Qrizmannla maraqlandığı deyilirdi.
2019-cu ildən “Barselona”nın şərəfini qoruyan 29 yaşlı futbolçunun katalonlarla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin