“Qrizmann planı” işə salınıb
Fransalı hücumçu Antuan Qrizmann “Los-Anceles” klubunun “radar”ındadır.
Komanda.az AS-a istinadən xəbər verir ki, MLS nümayəndələri “Qrizmann planı” adlandırılan planı işə salıblar. “Los-Anceles” gələn yaya qədər gözləməkdənsə, 33 yaşlı forvardı bu yay transfer etmək istəyir.
“Los-Anceles” Qrizmannı MLS-də ikinci ən çox maaş alan oyunçu etməyə hazırdır (Lionel Messi birincidir). Üstəlik, klub futbolçunu “10 nömrə” ilə təmin etməyə niyyətlidir.
Eyni zamanda, qeyd edilir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone vacib oyunçu hesab etdiyi Qrizmannı itirmək istəmir.
“Los-Anceles” bu yay artıq fransalı bir oyunçu – hücumçu Olivye Jiru ilə müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin