
Qrizmann MLS-ə gedə bilər
Antuan Qrizmann 2024/25 mövsümünün sonunda “Atletiko”nu tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
33 yaşlı hücumçu MLS-ə keçməyi düşünə bilər. Fransalı futbolçu ilə “Los Anceles” maraqlanır. Qrizmannın Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qrizmann İspaniya çempionatının cari mövsümündə 10 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin