“Qrizmann Messi ilə birlikdə oynamaqdan məmnundur” – Deşam
Fransa milli komandasının baş məşqçisi Didye Deşam yığma üzvü Antuan Qrizmannın “Barselona”dakı vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lionel Messinin Kataloniya klubundan mümkün ayrılığı haqda danışan Deşam, bunun Qrizmanna təsirini də dəyərləndirib:
“Messinin qərarı ilə bağlı nəsə deyə bilmərəm, bu, “Barselona” ilə onun arasındakı məsələdir. Qrizmanna bunun təsiri olacaqmı? Görəcəyik. Məsələ daha çox onun meydandakı yeri ilə bağlıdır. Qrizmann Messi ilə birlikdə oynamaqdan məmnundur. Antuan çox çətin bir mövsüm keçirdi, amma bu, onun millidəki əhəmiyyətini dəyişdirmir. Hər şey fərqli sistemlər tətbiq edən baş məşqçilərə bağlıdır. Futbolçular buna ayaq uydurmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin