“Mən xoşbəxtəmsə, deməli, hər şey yaxşıdır” – Qrizmann
Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmann meydandakı ən rahat mövqeyindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu, yarımmüdafiədə oynamağı xoşladığını bildirib:
“Mən həmişə özümü sərbəst hiss etdiyim yarımmüdafiədə oynamağı xoşlamışam. Özümü rahat hiss etmək üçün buna ehtiyacım var. Mən xoşbəxtəmsə, deməli, hər şey yaxşıdır. Başım aydın olmalı, xoşbəxt olmalı və mərkəzdə oynamalıyam. Sonra əylənərək, başqalarına da sevinc bəxş edəcəm”.
Didye Deşamın yetirmələri keçən həftə UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk oyununda evdə İtaliyaya 1:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin