“Qrizmann Fransa tarixinin ən böyük futbolçularından biridir” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam “Atletiko”nun hücumçusu Antuan Qrizmannın yığma komandadakı karyerasını başa vurmasına münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, Qrizmannla bu barədə uzun müddət danışdığını deyib:
“Qrizmann Fransa futbolunun abidəsi olaraq qalacaq. O, Fransa tarixinin ən böyük futbolçularından biridir. Qrizmann komandamızın nəticələrinə böyük töhfə verdi”.
Qrizmann 33 yaşında milli komandadan ayrılıb. O, millinin heyətində 137 oyun keçirib, 44 qol vurub və 38 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin