Qrizmann milli karyerasnı bitirdi
“Atletiko”nun hücumçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “möhtəşəm üçrəngli macəra” üçün təşəkkür etdiyini bildirib:
“Həyatımın bu fəslini xatirələrlə dolu bir ürəklə bağlayıram. “Möhtəşəm üçrəngli macəra” üçün təşəkkür edirəm və tezliklə görüşərik”.
Qrizmann 2014-cü ildən Fransa millisində çıxış edirdi. O, ümumilikdə millinin heyətində 131 oyun keçirib, 44 qol vurub. 33 yaşlı forvard yığma komandayla dünya çempionu və Millətlər Liqasının qalibi olub.
Qrizmannın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin