“Qrizmann artıq böyük turnirlərdə oynaya bilməz” – Keçmiş futbolçu

PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten hücumçu Antuan Qrizmannın Fransa millisindəki karyerası ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Topmercato”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Qrizmannın artıq böyük turnirlərdə oynamamalı olduğunu bildirib:

“Böyük oyunçular dayanmağı bacarmalıdırlar. Qrizmann artıq böyük turnirlərdə oynaya bilməz. Düşünürəm ki, onun “dayan” deməsinin vaxtı çatıb. Rafael Varanı xatırlayın, o, zirvədə getdi. Antuan 2026-cı ilə qədər komandada qalmaq istəyir. O, artıq yaxşı formada olduğu anları əldən verib”.

Fransa yığması Avropa çempionatında İspaniya millisinə 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni yarımfinal mərhələsində dayandırıb. Qrizmann turnirdə 6 oyun keçirib və qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button