“Qrizmann “Atletiko” üçün hər zaman hər şeyi vermiş birisidir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 16-cı turunda “Sevilya”ya qalib gəldikləri (4:3) oyundan sonra komandasının hücumçusu Antuan Qrizmanndan danışıb. Qrizmann bu matçda dubla imza atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Simeone, fransalı futbolçunu çox sevdiklərini bildirib:
“Sadəcə başqalarından fərqlənən oyunçular var və o, onlardan biridir. Biz onu çox sevirik, o, “Atletiko” üçün hər zaman hər şeyi vermiş birisidir”.
“Atletiko” İspaniya çempionatının turnir cədvəlində 3-cüdür. Simeonenin komandası 16 oyunda 35 xal toplayıb. “Sevilya” isə 19 xalla 13-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin