Qrizmann “Atletiko”nun tarixinə düşüb

“Atletiko”nun hücumçusu Antuan Qrizmann Madrid klubunun tarixində ən çox qol vuran futbolçu olub.

Komanda.az xəbər verir ki, fransalı forvard İspaniya superkubokunun yarımfinalında “Real”a qarşı matçda qol vurub. Bununla da, 32 yaşlı futbolçu “Atletiko”nun heyətində 174-cü qolunu vuraraq, Luis Araqonesi (173 qol) keçib. Üçüncü yeri Adrian Eskudero (169 qol) tutur.

Qrizmann 2014-2019-cu illərdə “Atletiko”da oynayıb. O, daha sonra “Barselona”ya keçib. Futbolçu 2021-ci ildə yenidən icarə əsasında Madrid təmsilçisinə qayıdıb. Klub 2022-ci ildə onu birdəfəlik alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button