
Qrizmann gələcəyi ilə bağlı qərar verib
“Atletiko”nun hücumçusu Antuan Qrizmann cari mövsümün sonunda komandasını dəyişəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard karyerasını MLS-də davam etdirməkdə maraqlıdır. “Atletiko” oyunçunu komandada saxlamağın mümkün olmayacağına razılaşıb.
Qrizmannın Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədər hesablanıb. O, İspaniya çempionatının bu mövsümündə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin