
Qrizmann klubundan ayrılmağa hazırlaşır
Antuan Qrizmann cari mövsümün sonunda “Atletiko”nu tərk etməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Fransalı hücumçunun yeni təyinat yeri MLS olacaq. O, həmyerliləri Olivye Jiru və Uqo Llorisin çıxış etdiyi “Los-Anceles”ə keçə bilər. Müqavilənin yay transfer pəncərəsində başa çatdırılması planlaşdırılır.
34 yaşlı oyunçu ilə “Atletiko” arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



