Qriqorçukun yeni iş yeri bilindi
“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində çalışacaq. 59 yaşlı məşqçi LNZ-lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qriqorçuk yeni klubunda işinə gələn ilin yanvar ayında başlayacaq.
Qriqorçuk mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin