İngiltərəli tanınmış futbolçu Yamayka pasportu alıb

“Marsel”in ingiltərəli hücumçusu Meyson Qrinvud rəsmən Yamayka vətəndaşı olub.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu ölkənin pasportunu alıb. Beləliklə, o, beynəlxalq arenada Yamayka millisində oynamaq fürsətinə yaxınlaşıb.

Furbolçu dünya çempionatında iştirakına icazə verilməsi üçün İngiltərə Futbol Assosiasiyasından Yamayka Futbol Federasiyasına keçidlə bağlı rəsmiləşdirmələri yerinə yetirməli olacaq. Bu proses əvvəllər başqa komandalarda oynamış futbolçular üçün məcburidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button