İngiltərəli futbolçu Yamayka millisində çıxış edə bilər

“Xetafe”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Meyson Qrinvud İngiltərə əvəzinə Yamayka millisində oynaya bilər.

Komanda.az “The Atletik”-ə istinadən xəbər verir ki, 2020-ci ildə İngiltərə millisinin heyətində bir oyun keçirməsinə baxmayaraq, futbolçu FİFA-nın bir sıra tələblərinə cavab verdiyi üçün Yamayka yığmasında çıxış edə bilər.

Birincisi, Qrinvudun Yamayka vətəndaşlığı var. İkincisi, oyunçu 21 yaşınadək müəyyən bir ölkənin böyüklərdən ibarət milli komandasında üç oyundan çox oynamamalıdır.

Daha əvvəl təcavüzdə şübhəli bilinən Qrinvud “Mançester Yunayted”dən uzaqlaşdırılıb. İngiltərəli futbolçu bəraət aldıqdan sonra klub onu heyətə qaytarmaq istəməyib. Sentyabrın 1-də Qrinvud 2024-cü ilin yayına qədər “Xetafe”yə icarəyə verilib.

22 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button