“Saat qalmaqalı” davam edir: UEFA-dan da uzaqlaşır
Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindelin postunu tərk etdiyi xəbərini vermişdik.
Komanda.az xəbər verir ki, eyni zamanda UEFA-nın vitse-prezidenti olan Reynhard, burdakı vəzifəsindən də ayrılacaq. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Die Velt” nəşri Reynhardın yaxın günlərdə UEFA-nın vitse-prezidenti postundan istefa verəcəyini yazıb.
Almaniya Futbol Federasiyası ilə yanaşı, UEFA və FİFA-da da çalışan Qrindel, ilinə 500 min avro qazandığı halda, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin verdiyi bahalı saatı qəbul etdiyi üçün ölkə mətbuatının və ictimaiyyətin ciddi qınağı ilə üzləşib. Məhz bu üzdən, 57 yaşlı futbol funksioneri istefa vermək məcburiyyətində qalıb.
Qrindel 2016-cı ildən Almaniya futboluna rəhbərlik edirdi.
Bizi Facebook-da izləyin