Qriliş üçün keçilməsi çətin olan 3 müdafiəçi

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş futbol meydanlarında qarşılaşdığı müdafiəçilər arasında ən güclü rəqibin adını çəkib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Kayl Uolkerin inanılmaz müdafiəçi olduğunu bildirib:

“Ən çətin rəqib? Kayl Uolker. O, inanılmaz müdafiəçidir – sürətli və güclü. Birə-birdə keçmək çox çətindir.

Aron Van-Bissaka? Bəli, onu ilk üçlüyə daxil edərdim. O, təkbətək oyunda həqiqətən yaxşıdır.

Dani Karvahal? Dəfələrlə bir-birimizə qarşı oynamışıq, yaxşı duellərimiz olub. Onun karyerası öz sözünü deyir, inanılmazdır”.

“Mançester Siti” Premyer Liqa çərçivəsində oktyabrın 20-də səfərdə “Vulverhempton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button