Ayrılacağı gözlənilən futbolçu “Mançester Siti”nin məşqlərinə qoşulub

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş komanda ilə məşqlərə yenidən başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

29 yaşlı futbolçunun əsas heyətlə birlikdə məşqlərə qayıtmasına baxmayaraq, o, karyerasını davam etdirmək üçün yeni variantlar axtarmaqda davam edir.

Qriliş “Mançester Siti”nin Klublararası dünya çempionatının iştirakçı siyahısına daxil edilməmişdi. Bu qərar onun komandadan ayrılacağı ilə bağlı söz-söhbətləri daha da gücləndirib.

Ona iddiaçılar arasında “Vest Hem” və “Tottenhem”in, eləcə də “Napoli”nin adı hallanır.

İngiltərəli yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 20 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button