
Qrilişin 3 “müştəri”si var
İngiltərə millisinin vingeri Cek Qriliş yay transfer dönəmində “Mançester Siti”dən ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
29 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Onların arasında “Napoli”, “Nyukasl” və “Tottenhem” yer alır.
“Şəhərlilər” Qrilişi yalnız 46 milyon avro qarşılığında satmağa hazırdır.
Qriliş ötən mövsüm “Mançester Siti”nin heyətində 32 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



