
Qriliş Qvardiolanın başçılığı altında oynamağın çətinliyindən danışdı
“Mançester Siti”nin vingeri Cek Qriliş bu mövsüm Pep Qvardiolanın komandasında oynamağın nə qədər çətin olduğunu açıqlayıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssis haqqında bunları deyib:
“Əmin deyiləm, bu çətin sualdır. Qvardiolanın keyfiyyətləri ilə məşq etmək fantastik hissdir. Ancaq təsəvvür edə bildiyiniz kimi, bu da çox çətindir”.
“Mançester Siti” 2022/23 mövsümündə Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə kubokunun qalibi olub.
Qriliş bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin