Qriliş İtaliya klubunun “radar”ındadır

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli vingerin A Seriyasında oynamaq imkanı var.

“Milan” Qrilişin xidmətinə maraq göstərir. Klub rəhbərliyi onun üçün 40 milyon avro təklif etməyə hazırdır. “Mançester Siti” də onunla yollarını ayırmağa hazırdır, çünki o, artıq məşqçilər heyətinin planlarına daxil deyil.

29 yaşlı futbolçu bu mövsüm 26 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button