Runi: “Qriliş dünya çempionatında olmayacaq”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Cek Qrilişin İngiltərə millisi ilə 2026-cı il dünya çempionatında oynamaq şansına malik olmadığını düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Qriliş artıq gələn yay üçün tətilə çıxa bilər. O, baş məşqçi Tomas Tuxelin heyətində olmayacaq. Qordonun zədəsinə baxmayaraq, o, çağırılmayacaq”.

Qriliş bu mövsümün əvvəlində icarə əsasında “Mançester Siti”dən “Everton”a keçib. 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, milli komandada son oyununu 2024-cü ilin oktyabr ayında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button