
Qriliş “Everton”a keçməyə razılıq verib
“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Cek Qriliş icarə əsasında “Everton”a keçməyə yaxındır.
Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi David Moyes Qrilişi əmin edib ki, o, lazım olan oyun vaxtını alacaq və özünü sübut edərsə, 2026-cı ildəki dünya çempionatı üçün İngiltərə yığmasında yer almaq üçün mübarizə apara bilər. 29 yaşlı futbolçu özü də “Everton”a qoşulmaq istəyib və keçidin baş tutmasını təmin etmək üçün əlindən gələni edib.
Qrilişin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



