“Qriliş daha çox şeyə nail ola bilər” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Cek Qrilişin oyun vəziyyətindən danışıb.
28 yaşlı futbolçu “Mançester Siti”nin mövsümöncəsi hər iki yoxlama görüşündə iştirak edib. Qvardiolanın yetirmələri əvvəlcə “Seltik”ə (3:4), sonra isə “Milan”a (2:3) uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Qrilişin çox şeyə nail ola biləcəyini deyib:
“Qriliş addım-addım uyğunlaşır. Əsas odur ki, oyun dəqiqələri olsun və o, məzuniyyətdən qayıtdıqdan sonra çox çalışır. O, daha çox şeyə nail ola bilər”.
Ötən mövsüm Qriliş üçün uğursuz alınıb: o, bütün yarışlarda 36 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin