“Qremio”nun Luis Suaresdən tələbi
“Qremio”nun hücumçusu Luis Suares cari ilin sonuna qədər Braziliya klubunda qalacaq.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Qremio” ən azı dekabra qədər Suaresi heyətdə saxlamaqla bağlı futbolçunun qarşısına tələb qoyub.
Uruqvaylı forvard öncədən “Barselona”da çıxış etdiyi dövrdəki komanda yoldaşları – Lionel Messi, Serxio Buskets və Jordi Alba ilə “İnter Mayami”də birlikdə oynamaq istəyirdi.
Onun Braziliya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin