Federasiya Mançininin qərarını gözləyir
İtaliya Futbol Federasiyası millinin baş məşqçisi Roberto Mançini ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə federasiyanın prezidenti Qabriel Qravina məlumat verib:
“Məsələ ilə bağlı Mançininin qərarını gözləyirik. Müqavilənin bitməsinə iki il var, bu, uzun müddətdir. Lakin milli ilə bağlı layihəmiz uzunmüddətlidir. Buna görə də, doğru zamanda onunla bu məsələni müzakirə edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin