Soldado La Liqanın tarixinə düşdü
“Qranada” klubu İspaniya La Liqasının ilk turunda “Vilyarreal”la qollu bərabərə qalıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada bir qol vuran “Qranada”nın futbolçusu Roberto Soldado yeni uğura imza atıb. Belə ki, komandasının 3-cü qoluna imza atan hücumçu, İspaniya La Liqasında 6 fərqli komanda ilə qol vurmağı bacaran ilk futbolçu olub.
Soldado, “Qranada”dan əvvəl İspaniyada “Real”, “Valensiya”, “Xetafe”, “Osasuna” və “Vilyarreal” klublarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin