39 yaşında La Liqanın tarixinə düşdü
“Qranada” İspaniya La Liqasının 18-ci turunda “Malyorka”nı məğlub edib – 4:1.
Komanda.az “Squawka” portalına istinadən xəbər verir ki, sözügedən oyunda üç qol vuran Xorxe Molina çempionatın tarixinə düşüb.
“Qranada”lı hücumçu La Liqada het-trik edən ən yaşlı futbolçu olub. O, buna 39 yaş 241 günlüyündə nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin